İsrail mətbuatının yazdığına görə, kabinet iclası böyük bir davaya səhnə olub. Sözügedən xəbərə görə, bir çox nazir baş qərargah rəisi Herzi Halevi də daxil olmaqla İsrail Müdafiə Qüvvələrinin nümayəndələrini ittiham etdikdən sonra salonda qışqırıq səsləri eşidilib. Bəzi media qurumları bağlı qapılar arxasında gedən dava-dalaş səsinin dəhlizlərə qədər gəldiyini bildirib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Maliyyə naziri Bezalel Smotriç, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, nəqliyyat naziri Miri Regev və regional əməkdaşlıq naziri David Amsalem, 2005-ci ildə Qəzza zolağından çəkilməyə dəstək verən İsrail Müdafiə Qüvvələrinin rəsmiləri baş verən hadisələri müzakirə ediblər. Onlar oktyabrın 7-dən etibarən baş verənlərə etiraz edərkən,Baş Qərargah rəisi Benni Gantz nazirlərə qışqıraraq deyib: "Bu, peşəkar bir araşdırmadır, geri çəkilmə ilə nə əlaqəsi var? Baş Qərargah rəisi müharibənin məqsədlərinə və şimalda münaqişəyə hazırlaşmaq qabiliyyətimizə xidmət etmək üçün indi baş verənləri araşdırır. Bu, milli araşdırma deyil".
Qalmaqalsında sonra İsrailin baş naziri Binyamin Netanyahu iclası yekunlaşdıraraq "bəzən nazirləri dinləmək lazımdır" deyə bildirib.
Müxalifət lideri Yair Lapid İsrailin HƏMAS-a qarşı müharibəsindən sonra Qəzzanın idarə olunması planlarını müzakirə etmək üçün cümə axşamı gecə kabinet iclasında şiddətli müzakirələrdən sonra susqunluğunu pozub.
Nazirlər Kabinetinin iclası zamanı baş verənləri "rüsvayçılıq" kimi xarakterizə edən Lapid hökumətin dəyişməli olduğunu bildirib. Müxalifət lideri açıqlamasında bu ifadələrə yer verib:
“İsrail dövləti hökumətini və liderini dəyişməlidir. Bu insanlar əsgərlərimizin fədakarlığına, qəhrəmanlığına layiq deyillər və strateji qərarlar ala bilməzlər"
Nərgiz,
Sitat.info