Blinken fələstinli mülki vətəndaşların öz evlərinə qayıdacağına zamin durub

14:58 8 Yanvar 2024

Yaxın Şərq səfərinin dördüncü dayanacağı olan Qətərdəki təmaslarından sonra ABŞ dövlət katibi Antoni Blinken Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə birgə mətbuat konfransı keçirib.

Sitat.info xəbər verir ki, Blinken, Yəməndə husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarının dünyadakı insanlara zərər verdiyini  deyib.

Ondan çox ölkə Husilərin gələcək hücumlara görə məsuliyyət daşıyacağını açıq şəkildə bildirdi.

Blinken, Birləşmiş Millətlər Təşkilatının (BMT) İsrailin davam edən hücumları səbəbiylə Qəzza zolağında didərgin düşmüş fələstinlilərin evlərinə qayıtmasında mühüm rol oynaya biləcəyini də qeyd edib.

Fələstinli mülki vətəndaşlar şərtlər imkan verən kimi evlərinə dönə bilməlidirlər. Onlara Qəzzanı tərk etmələri üçün təzyiq edilə bilməz və edilməməlidir.

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olan 2 jurnalistə də toxunan Blinken jurnalistlərin öldürülməsini “ağılagəlməz faciə” adlandırıb.

Hücumda həyatını itirən fotojurnalist Həmzə Dahdouhun 26 oktyabrda İsrail hücumlarında həyat yoldaşını, qızını və nəvəsini itirən və keçən ay yaralanan Əl-Cəzirə telekanalının Qəzza Bürosunun rəhbəri Vael Dahduhun oğlu olduğunu xatırladan Blinken deyib ki, onun yaşadığı dəhşəti təsəvvür belə edə bilmirəm. 

Nərgiz,

Sitat.info



Xəbər xətti