10 ilə yaxındır ki, İran 2023-cü ildəki kimi ciddi repressiya görməyib.
Sitat.info Meduza-ya istinadən xəbər veri ki, ölüm hökmlərinin sayı artıb, minlərlə insan etirazlarda iştiraka görə dəmir barmaqlıqlar arxasındadır, qanunvericilik və hüquq-mühafizə orqanları sərtləşib.
Dəyişikliklərin əsas səbəbi ölkədə təmsilçiləri həm parlamentdə, həm də prezidentlikdə çoxluq əldə edən mühafizəkar düşərgənin güclənməsidir. Bununla belə, problem daha dərin ola bilər: 2021-2022-ci illərdə “İran demokratiyası” modeli çökdü, bu model çərçivəsində son 30 ildə islahatçılar mühafizəkarlarla hakimiyyət uğrunda kifayət qədər uğurla mübarizə apardılar. Bu yarımçıq dizayn çoxları arasında skeptisizm yaratdı, amma əslində insanların həyatını sözün əsl mənasında xilas edən islahatlara imkan verdi.
İranda sonuncu dəfə 8 il əvvəl ötən ildən daha çox insan edam edilib. 1988-ci ildə isə müxtəlif hesablamalara görə, ölkədə üç mindən beş minə qədər insan təkcə siyasi səbəblərə görə edam edilib.
Yəni, indiki dövrü İslam Respublikası tarixinin ən qaniçən dövrü adlandırmaq olmaz. Hazırda həbsdə olan siyasi məhbusların siyahısı təxminən 1100 nəfərdir.
Nərgiz,
Sitat.info