Rusiyanın ciddi hücuma keçməsi və Qərbin yardım tərəddüdləri: Ukrayna ağ bayraq qaldıracaqmı?

14:58 10 Yanvar 2024

"Krımın Ukrayna tərəfindən azad edilməsi Rusiya üçün çox taleyüklü bir məsələdir, nəinki Donbasın. Təsadüfi deyil ki, Rusiyanın işğalı da 2014-cü ildə məhz oradan başladı. Rusiyanın Hərbi Dəniz Donanmasının çox mühüm hissəsi Qara dənizdə, Krım ətrafında qurulub. Hətta mütəxəssislər hesablayırlar ki, Qara Dəniz Donanmasının 40 faizə yaxını Ukayna tərəfindən sıradan çıxarılıb".

Bu sözləri Sitat.info-ya açıqlamasında təhlükəsizlik eksperti İlham İsmayıl deyib. 

O bildirib ki, müharibə davam edir və son baş verənlərdən sonra vəziyyəti durğuluq kimi qiymətləndirmək olmaz: "Son vaxtlar Rusiya Kiyevə görünməmiş bir hava hücumu həyata keçirdi və Ukraynaya ciddi ziyan dəydi. Ölənlər oldu, mülki obyektlər dağıldı. Rusiya 1 gündə 1 milyard dollarlıq partlayıcı atdı. Növbəti gün isə 600 milyon dollara başa gələn mərmilər atdı. Bu Qərbin hərbi yardımı ilə bağlı tərəddüdlərin fonunda baş verdi. ABŞ Konqresində və AB-də bu məsələlərin öz həllini tapmaması, Rusiyanın daha ciddi hücuma keçməsi Ukraynanı elə bir vəziyyətə salıb ki, sanki ağ bayraq  qaldırmağa yaxınlaşmışdı. Bu Ukraynanın güzəştlərə getməsinə hesablanmışdı. Ukrayna hələ ki, dözsə də, Ukrayna üçün çox çətindir2. 

İ.İsmayıl vurğulayıb ki, Ukraynanın canlı qüvvə itkisi də çox ciddi rəqəmlərlə ölçülür və Rusiya mətbuatının yazdığına görə, 500 mindən çox ukraynalı əsgər öldürülüb. 

Nərgiz,

Sitat.info



Xəbər xətti