Sosial sahədə idarəetmə sistemində ciddi islahatlar aparılmalıdır - Deputat Vahid Əhmədov

15:32 10 Yanvar 2024

"İşsizlik səbəbindən kəndlər boşalmağa başlayıb. Qubada da bəzi kəndlərdə 1-2 ailə qalıb. İnsanlar iş üçün şəhərə gəlməyə meyl edirlər. Bu məsələ 2024-cü ildə qurulan hökumətin əsas məsələlərindən biri olmalıdır". 

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Vahid Əhmədov deyib. 

O, bildirib ki, digər tərəfdən bahalaşma var: "Biz nə qədər maaşları və pensiyaları artırsaq da, inflyasiya artacaqsa onun qarşısını almaq çox çətin olacaq. İnflyasiya çox ciddi məsələdir. Bu məsələ ilə hökumət ciddi məşğul olmalıdır, anti-inflyasiya tədbirləri həyata keçirməlidir. Bu məsələni bir an da kənarda qoymaq olmaz. Çünki bahalaşma əhalinin həyat səviyyəsinə təsir göstərir. Ötən ilin rəqəmlərində illik inflyasiya 9,4 olaraq bazardakı bahalaşma faizi bundan çox daha yüksək oldu. Bu il inflyasiyanın kəskin artmaması üçün xaricdən idxal inflyasiyasının daxil olmasının qarşısını almaq lazımdır". 

V. Əhmədov vurğuladı ki, bu il prezident seçkiləri bitdikdən sonra sosial sahəyə daha çox diqqət yetirilməlidir. Sosial sahədə idarəetmə sistemində çox ciddi islahatlar həyata keçirilməlidir. 

Nərgiz,

Sitat.info



Xəbər xətti