İranda bir şirkət sahibi ucuz iPhone sataraq minlərlə insanı aldadıb, 35 milyon dollar gəlir əldə edib və ölkədən qaçıb. Şirkət sahibi barəsində axtarış elan edilərkən, hadisə ilə bağlı 1 nəfər saxlanılıb.
Sitat.info xəbər verir ki, İranda bir şəxs iPhone-ları ucuz qiymətə satacağını vəd edərək minlərlə insanı aldadıb.
iPhone 13-ü ucuz qiymətə satdığını iddia edən "Kourosh Company" adlı şirkətin sahibi Əmir Hossein Şərəfiyan 10 mindən çox iranlıdan hər mobil telefon üçün 360 dollar ilkin ödəniş alıb.
İran polisi təxminən 35 milyon dollarlıq oğurluq edən və pulu toplayıb ölkədən qaçan Şərəfiyan barəsində beynəlxalq axtarış elan edərkən, aldadılan iranlılar da pullarını geri almaq üçün məhkəməyə müraciət ediblər.
Kənan
Sitat.info