Zəngilanda bazar tikiləcək

13:28 30 May 2024

Zəngilan rayonunun Ağalı kəndi ərazisində bazar inşa olunacaq.

Sitat.info İqtisadiyyat.az-a istindən xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı hazırlıqlara başlayıb.

Belə ki, kənd ərazisində istehsalat sahələrinin, bazarın və ticarət obyektlərinin layihələndirilməsi işlərinə start verilib.

Sözügedən layihələndirmə işlərini "Geoproject" şirkəti həyata keçirəcək.



Xəbər xətti