Putin və Kim Çendən çoxqütblü dünyanı birgə müdafiə AÇIQLAMASI: ABŞ və Qərb narahatdır...

12:49 19 İyun 2024

Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya rəsmi səfər edib. Rusiya lideri 24 ildən sonra ilk səfərini Şimali Koreyaya edir. Putin və Kim sonuncu dəfə 2023-cü ilin sentyabrında Rusiyanın Şərqi Sibir bölgəsində görüşüblər.
Sitat.info xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In Rusiya lideri Putini və onun nümayəndə heyətini Pyonyan Beynəlxalq Hava Limanında qarşılayıb.

İki liderin əlini sıxıb qucaqlaşdıqdan sonra Kim Putinin maşınına minərək onu qalacağı Kumsusan Dövlət Qonaq Evinə qədər müşayiət edib.

Səfərin Şimali Koreya ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin “beynəlxalq sülh, ədalət və təhlükəsizliyin strateji qalası” və “yeni çoxqütblü dünya nizamının mühərriki” halına gəldiyi kritik dövrə təsadüf etdiyi bildirilib. .

Putindən Şimali Koreyada "Çoxqütblü dünyanı birlikdə müdafiə etmə"  vurğusu

Ukrayna müharibəsi ilə əlaqədar ABŞ və Avropanın sanksiyaları altında olan Rusiyanın Şimali Koreya ilə hərbi sahədə əməkdaşlığı artırmağa meylli olduğu müşahidə edilir.

Putin Şimali Koreyaya gəlməzdən əvvəl Rusiya mətbuatına verdiyi açıqlamada Pxenyanın Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına verdiyi dəstəyi yüksək qiymətləndirdiklərini bildirib.

Şimali Koreya və Rusiyanın bir-birinin maraqlarını düşünərək, ədalətli çoxqütblü dünyanın qurulmasının qarşısını almağa çalışan Qərbin ambisiyalarına qətiyyətlə qarşı çıxdığını vurğulayan Putin, iki ölkənin Qərbin nəzarətində olmayan ticarət və ödəniş sistemlərini inkişaf etdirəcəyini bildirib,  ölkələrə qarşı qeyri-qanuni birtərəfli sanksiyaların tətbiqinə qarşı çıxacaqlarını ifad ediblər.

Şimali Koreyanın Rusiyaya hərbi dəstək iddiası
ABŞ,  Şimali Koreyanın Moskvadan hərbi texnologiya transferi müqabilində Rusiyaya Ukraynadakı müharibədə istifadə üçün artilleriya, raket və digər hərbi texnika verdiyini iddia edir.

Moskva administrasiyası isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələrini pozacaq bu cür silah və texnologiya transferlərinin edilməsini qəbul etmir.

Mart ayında Rusiya BMT-nin Şimali Koreyanın nüvə proqramını Təhlükəsizlik Şurasında yoxlamaq təklifini rədd edib.

ABŞ və Cənubi Koreyadan səfərə reaksiya
ABŞ dövlət katibi Entoni Blinken dünən NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündən sonra verdiyi açıqlamada Putinin Şimali Koreyaya səfərini qiymətləndirib: “Rusiya ehtiyac duyduğu şeyi əldə etmək üçün digər ölkələrlə əlaqələrini inkişaf etdirməyə və gücləndirməyə nə dərəcədə səy göstərdiyini ortaya qoydu. Bu da onun Ukraynada müharibəni davam etdirmək fikrində olduğunu aşkara çıxardı". Şimali Koreya Ukraynada istifadə etmək üçün Rusiyaya ciddi sursat və silahlar verir".

Stoltenberq Rusiyanın Şimali Koreyanın nüvə və raket proqramlarına mümkün dəstəyindən narahat olduqlarını da qeyd edib.

Digər tərəfdən, Cənubi Koreya Xarici İşlər Nazirliyinin sözçüsü Lim Soosuk, Moskva rəhbərliyinə Rusiya ilə Şimali Koreya arasındakı əməkdaşlığın BMT Təhlükəsizlik Şurasının qərarlarını pozacaq, regionda sülh və sabitliyə zərər verəcək şəkildə inkişaf etməməsi barədə xəbərdarlıq etdiklərini bildirib.

Nərgiz,

Sitat.info



Xəbər xətti