ABŞ prezidenti Co Bayden noyabrın 5-də keçiriləcək prezident seçkilərində namizədliyini geri götürüb vitse-prezident Kəmalə Harrisi dəstəklədiyini açıqladıqdan sonra Harrisi dəstəkləyənlər və onun namizədliyinə səssiz qalanlar da olub.
Sitat.info xarici mediaya istinadla, Baydenin geri çəkilmək və Harrisi dəstəkləmək qərarından sonra ABŞ-da aparıcı Demokratik Partiya üzvlərinin hansı münasibət sərgilədiyini təhlil edib.
ABŞ-ın keçmiş prezidenti Bill Klinton və xanımı Hillari Klinton verdikləri yazılı açıqlamada, prezidentliyi dövründə böyük nailiyyətlər əldə edən Co Baydenə təşəkkür edərək, ABŞ vitse-prezidenti Kamala Harrisə hərtərəfli dəstək verdiklərini bildiriblər.
ABŞ-ın keçmiş dövlət katibi Con Kerri sosial media hesabında "ABŞ-ın növbəti prezidenti olmaq üçün prezident Baydenə qoşulmağın vaxtıdır. Vicdanı olan heç bir vətəndaş kənarda qalmamalıdır"-deyə dəstək verib.
Senator Elizabet Uorren sosial media hesabında yazıb ki, Baydenin fədakar rəftarı bir hədiyyədir və bunu israf etmək olmaz: “Prezidentlik üçün Kamal Harrisi dəstəkləyirəm” .
Demokratik Nümayəndələr Palatasının üzvü Haley Stevens, X sosial media hesabından verdiyi açıqlamada, Baydenə liderliyi və Amerika xalqına xidmətinə görə təşəkkür edib və Harrisi dəstəkləyəcəyini deyib.
Kaliforniya nümayəndəsi Mayk Levin də sosial media hesabında Harrisin ölkəni irəli aparmaq və Trampı məğlub etmək üçün doğru adam olduğunu bildirib.
Kaliforniya nümayəndəsi Salud Carbajal da Harrisi "idarəetmədə mühüm söz sahibi olduğunu sübut etmiş bir lider" olaraq xarakterizə edib və Demokrat Partiyasının növbəti namizədi olaraq onu tam dəstəkləməkdən şərəf duyduğunu açıqlayıb.
Vaşinqton senatoru Patty Murray, Baydenin "məşəli ötürmək istəyinə" hörmət etdiyini və Harrisi prezidentliyə namizədlikdə 100 faiz dəstəklədiyini vurğulayıb.
İllərdir Nyu Yorklu Demokrat namizədlərə yüz minlərlə dollar bağışlayan Betti Kotton da Baydenin cəsarətli bir qərar verdiyini və Harrisin namizədliyinin əla olacağını söyləyib.
"MoveOn" adlı yenilikçi investisiya təşkilatı da Baydeni dəstəkləmək üçün on milyonlarla dollar sərmayə qoyub və Harrisin seçilməsinə də dəstək verəcəyini bildirdi. Təşkilat direktoru Rahna Epting deyib: "İnanıram ki, bu seçkidə qalib gəlmək və gələcəyimizi qorumaq əzmimizə şərik olanlar, Harrisin qalib gəlməsini təmin etmək və Trampı dayandırmaq üçün əllərindən gələni edəcəklər".
AAPI Qələbə Fondunun təsisçisi Şekar Narasimhan da Demokrat namizədlərə və Baydenin seçki kampaniyalarına milyonlar bağışlamışdı. Narasimhan X sosial media hesabında Harrisə dəstək olmaqdan şərəf duyduğunu bildirib.
Harrisi dəstəkləməyə səssiz qalanlar
ABŞ-ın keçmiş prezidenti Barak Obama verdiyi yazılı açıqlamada ABŞ tarixinin ən mühüm prezidentlərindən biri kimi xarakterizə etdiyi Baydenin bu seçkilərdəki risklərdən xəbərdar olduğunu, lakin Harrisin namizədliyini dəstəklədiyini açıq şəkildə ifadə etmədiyini bildirib.
"Yaxın günlərdə bəzi kəşf edilməmiş sularda üzəcəyik, lakin mən partiya liderlərimizə tam etibar edirəm" -deyib Obama.
ABŞ dövlət katibi Entoni Blinken X sosial media hesabından verdiyi açıqlamada Baydenlə işləməyin "qürurverici" olduğunu və qarşıdakı 6 ay ərzində də Baydenlə işləməyə hazır olduğunu bildirib.
Blinken, Baydenin "tarixi uğurlar qazandığını və dünyada ABŞ-ın liderliyini bərpa etdiyini" bildirsə də, Kamala Harrisi dəstəkləmək məsələsində səssiz qalıb.
Harrisə dəstək verənlər arasında Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi də var.
Nərgiz,
Sitat.info