Ukrayna xarici işlər naziri Kulebanın Pekin səfəri qeyri-adidir, çünki Pekin administrasiyası Rusiyanın 2022-ci ilin fevralında Ukraynanı işğal etməsindən bəri Kremlə yaxın görünür.
Sitat.info xəbər verir ki, Rusiyanın Ukraynanı işğal etməsindən təxminən 29 ay sonra Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın çərşənbə axşamı Pekinin dəvəti ilə Çinə səfər edəcəyi açıqlanıb.
Ukrayna Xarici İşlər Nazirliyinin bazar ertəsi verdiyi açıqlamada Kulebanın 23-25 iyul tarixlərində Pekinə səfəri zamanı Çinin xarici işlər naziri Vanq Yi ilə ikitərəfli münasibətləri müzakirə edəcəyi bildirilib.
Bəyanatda, Rusiyanın Ukraynadakı işğalına necə son qoyulacağını və Çinin razılığın əldə olunmasında mümkün rolunu müzakirə edəcəkləri də vurğulanıb.
“Müzakirənin əsas mövzusu Rusiyanın təcavüzünü dayandırmaq və Çinin sabit və ədalətli sülhün əldə olunmasında oynayacağı mümkün rolunu təmin etmək olacaq”, - deyə məlumatda bildirilir.
Pekin administrasiyası Rusiyanın 2022-ci ilin fevralında Ukraynanı işğal etdikdən sonra Kremlə yaxın göründüyü üçün bu səfər qeyri-adi hesab olunur.
Çin Rusiya ilə əlaqələrinin alyansdan kənarda qurulduğunu və heç bir üçüncü tərəfi hədəf almadığını bildirir.
İyun ayında Kiyev İsveçrədə Rusiyanın təmsil olunmadığı beynəlxalq sülh sammiti keçirdi. Noyabrda Rusiyanın da təmsil olunacağı yeni sülh sammitinin keçirilməsi planlaşdırılır.
İsveçrədə keçirilən sammitə qatılmayan Çin mayın 23-də Braziliya ilə altı maddədən ibarət ayrı bir sülh planı dərc edərək, müharibədə hər iki tərəfin iştirak edəcəyi beynəlxalq sülh konfransının təşkilini dəstəklədiklərini bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski Çin və ABŞ-ın adını çəkərək müharibəni yalnız dünyanın güclü dövlətlərinin uğurla başa vura biləcəyini bəyan edib.
Nərgiz,
Sitat.info