ABŞ prezidenti Co Bayden ikinci müddətə prezidentiyə namizəd olmayacağını elan etdikdən sonra neft qiymətləri düşüb.
Brent markalı neft 58 sent və ya 0,7% ucuzlaşaraq 82,05 dollar olub. ABŞ-ın West Texas Intermediate (WTI) xam neft fyuçersləri 51 sent azalaraq 79,62 dollara satılıb.
Xatırladaq ki, ötən ay Brent markalı neft nisbətən sabit qalıb, bir barel üçün 82-88 dollar arasında dəyişib.
Bildirilir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) iyulun 30-31-də faiz siyasətinə yenidən baxacaq. İnvestorlar faiz dərəcələrinin qorunub saxlanacağını gözləsələr də, sentyabr ayında mümkün azalma gözləntisi də var.
Göründüyü kimi, Prezident Baydenin yenidən seçilmək niyyətindən əl çəkməsi neft bazarlarına böyük təsir göstərmədi.
Bayden noyabrda keçiriləcək seçkilərdə Respublikaçı Donald Trampa qarşı vitse-prezident Kamala Harrisi dəstəkləyəcəyini bildirib.
Türkan,
Sitat.info