İranla Ermənistan arasında 500 milyonluq hərbi əməkdaşlıq müqaviləsi: Tehran nə etməyə çalışır?

11:40 26 İyul 2024

"İranla Ermənistan arasında 500 milyonluq hərbi əməkdaşlıq müqaviləsinin imzalanması Tehran rejimi tərəfindən sülhün əldə edilməməsinə hesablanıb".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, bununla İran Ermənistanı Azərbaycana qarşı hərbi təxribatlara sövq etməyi planlaşdırıb: "İranda yeni adminstrasiya çalışacaq ki, Azərbaycanla münasibətləri inkişaf etdirsin. Ermənistanla hərbi əməkdaşlıq məsələlərini arxa plana keçirsin. İran sabiq prezidenti İ. Rəisinin prezidentliyi dönəmində Ermənistana silahlar verilib. İranın Ali dini rəhbəri S. Ə. Xameneinin Ermənistanı silahlandırmasına razılıq verməsi, Azərbaycana qarşı düşmənçilik siyasətinin bariz nümunəsidir. İranın ali dini rəhbəri Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməməsi və Zəngəzur dəhlizinin açılmaması üçün əlindən gələni edir. Ali dini rəhbərə tabe olan SEPAH xətti ilə silahlar Ermənistana verilib".

Türkan,

Sitat.info



Xəbər xətti