"Rusiya təbliğat maşını Kremldən yeni tapşırıq alıb. İctimaiyyətə izah ediləcək tapşırığın təxmini məğzi belədir: “Müharibə şəraitində bütün çətinliklərə dözməliyik. Düşmən ərazimizə daxil olub, bunu faciəyə çevirməyək, anormal bir durum yoxdur”.
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
O bildirib ki, Rusiya cəmiyyətinə hazırki durumun “normal” olduğunu ona görə izah edirlər ki, Kremlin Ukrayna ordusunu yaxın həftələrdə, hətta aylarda ərazisindən necə çıxaracağına dair konkret planı yoxdur: " Rusiya kanallarında çıxış edənlər Ukrayna ordusunun Kursk bölgəsini tərk etməsi üçün hətta öz ərazilərini bombalamağı tövsiyyə edirlər. Bombalanma zamanı bu dəfə Ukraynanın deyil Rusiya şəhərlərinin, qəsəbələrinin, kəndlərinin dağılacağı, öz vətəndaşlarının öləcəyi həmin “ekspertləri” az maraqlandırır. Onlar hesab edirlər ki, əhali “böyük Rusiya” naminə itkilərə hazır olmalıdır".
Nigar,
Sitat.info