ABŞ-ın keçmiş prezidenti Donald Tramp Üçüncü Dünya Müharibəsi ilə bağlı xəbərdarlıq edib. Bayden administrasiyasını tənqid edən Tramp müharibələrin qarşısını ala biləcək yeganə namizəd olduğunu iddia edib. Tramp Ukrayna müharibəsinə son qoyacağını bildirib.
Sitat.info xəbər verir ki, Tramp Miçiqanda Milli Qvardiya qarşısında çıxışında iddia edib və deyib ki, Ukraynanın Rusiya ərazisində irəliləməsi yeni dünya müharibəsinə səbəb ola bilər:
"Ukraynada baş verənlərə baxın. Onlar Rusiya ərazisində irəliləyirlər. Üçüncü dünya müharibəsi olacaq"
Donald Tramp Bayden administrasiyasını tənqid edərək, sonsuz müharibələrə son qoya biləcəyini deyib. O, prezident seçiləcəyi təqdirdə Ukraynadakı müharibəyə son qoyacağını iddia edib, həmçinin NATO üzvlərindən daha çox maliyyə yardımı tələb edəcəyini bildirib.
Nərgiz,
Sitat.info