Ukraynada hökumət böhranı: İstefaların PƏRDƏARXASI...

10:52 7 Sentyabr 2024

 "Ukrayna hökumətindəki istefalar Kursk döyüşlərinin Kiyev administrasiyasında doğurduğu nəticələrdir. Bu o deməkdir ki, Ukrayna hakimiyyətində Kurska müdaxilə ilə əlaqədar fikir ayrılıqları olub".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Aqşin Kərimov deyib. 

O bildirib ki, indi məsuliyyəti üzərlərinə götürün qüvvələrlə götürməyənlər arasında gedən mübahisələr kabinetdə istefalara gətirib çıxarır: "Ukrayna Kurskda gözləntilərini reallaşdıra bilməyib. Rusiyanı prosesdən güclü çıxaran məsələlərdən biri, Ukraynanın Rusiyanın dərinliklərində yerləşən hərbi obyektlərə, strateji obyektlərə raket zərbələri endirməsinə ABŞ-nin izin verməməsidir".

A.Kərimov vurğulayıb ki,  Volodimir Zelenski ABŞ-yə səfər edəcək: " Zelenski Kursk dalanından sonra Ukraynanın şərq cəbhəsində Rusiya qoşunlarının irəliləyişləri fonunda Vaşinqtona hesabat verməlidir. Mümkündür ki, Zelenski ABŞ-yə Ukraynanın "qələbə planı"nı təqdim etmək üçün gedəcək və bu dumanlı perspektivə Ağ Evi inandırmağa çalışacaq".

Nigar,

Sitat.info

 



Xəbər xətti