"Rusiya da, NATO da, Çin də Zəngəzur dəhlizi layihəsini özlərinin fərqli strateji məntiqlərinə söykənən prinsiplərlə dəstəkləyir. Azərbaycan son bir neçə ayda apardığı intensiv və məhsuldar danışıqlarla koridorun güc balansları nisbətindəki böyük ölçülü razılığını alıb".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Aqşin Kərimov deyib.
O bildirib ki, İranın etiraz etməkdə başqa məqsədləri var: "İran dəhlizin açılmasının qaçılmaz olduğunu görür, lakin etirazlarını ona görə ucaldır ki, Azərbaycana qarşı olan Fransa ilə sövdələşmə damarı tapsın. İran Zəngəzur dəhlizini özünün elan etdiyi regional nüfuz mənimsənilməsi məntiqində saxlaya bilməyəcək. Çünki İran gec-tez siyasətini Zəngəzur dəhlizinin iqtisadi və ticari imkanlarına adaptasiya etdirməyə məcbur qalacaq..."
Nigar,
Sitat.info