“Sülh kəsişməsi” layihəsi təkcə Ermənistanla Azərbaycan arasında regional kommunikasiyaların - dəmir yolları, avtomobil yolları, mümkün qaz kəmərləri, kabellər, elektrik xətlərinin açılmasını nəzərdə tutmur, eyni zamanda Ermənistan və Türkiyə arasında da oxşar prosesin baş verməsini nəzərdə tutur.
Sitat.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, sentyabrın 10-da “İrəvan dialoqu” beynəlxalq konfransında çıxışı zamanı deyib.
“Sülh kəsişməsi” layihəsi bizim üçün həm də ona görə vacibdir ki, o, reallaşarsa, İranla, eləcə də Türkiyə, Avropa və Rusiya ilə dəmir yolu əlaqəsi əldə etmək imkanımız olacaq: " Təbii ki, Azərbaycanın da Ermənistan vasitəsilə Türkiyə və İranla dəmir yolu əlaqəsi yaratmaq imkanı olacaq. Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında Ermənistan ərazisindən keçən yol əlaqəsi də burada mühüm əhəmiyyət kəsb edir. Biz kommunikasiyalar üçün bu fürsəti verməyə hazırıq.Amma onu da qeyd edək ki, Naxçıvan bu gün nəqliyyat əlaqəsindən məhrum deyil, çünki həm İran ərazisindən, həm də Türkiyə ərazisi ilə xarici dünya ilə əlaqə yaratmaq imkanı var. Biz istənilən vaxt bu layihənin icrasına başlamağa hazırıq".
Paşinyan deyib ki, tərəfdaşlarımızın heç də hamısının bizim təklif etdiyimiz fürsətdən yararlanmağa meylli olmaması bu prosesə mane olur: “Xüsusən də “Sülh kəsişməsi” ayihəsinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın məntiqi ilə nə dərəcədə uyğunluğu ilə bağlı çoxlu müzakirələr gedir. Üçtərəfli bəyanatda bu kommunikasiyaların təhlükəsizliyinin üçüncü ölkə tərəfindən təmin edilməli olduğunu nəzərdə tutmağa cəhd edirlər. Bu deyilənlərin reallıqla heç bir əlaqəsi yoxdur".
Ermənistanın baş naziri 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndindən sitat gətirib və Ermənistan ərazisində kommunikasiyaların açılmasının təhlükəsizliyinin təminatçısı rolunun Ermənistana həvalə edildiyini vurğulayıb.
“10 noyabr tarixli üçtərəfli bəyanata istinad edərək, bəzi beynəlxalq tərəfdaşlar üçtərəfli bəyanatda olmayan bir şeyi təqdim etməyə çalışırlar. Amma elə bir vəziyyət yoxdur ki, Ermənistan ərazisinin hansısa hissəsi başqa ölkənin nəzarətində olsun, belə bir vəziyyət ümumiyyətlə yoxdur.
Ermənistanın suveren ərazisindəki yurisdiksiyasının gömrük, sərhəd, fitosanitar və digər nəzarəti pozmaqla hər hansı şəkildə məhdudlaşdırılmasını nəzərdə tutan heç bir müddəa yoxdur. Belə bir vəziyyət yoxdur və ola da bilməz”, - Paşinyan vurğulayıb.
Nərgiz,
Sitat.info