"Ermənistan Baş naziri Nikol Paşinyanın Gürcüstana səfəri Tiflisin anti-Qərb siyasəti fonunda reallaşıb. Qərbdən Gürcüstana sanksiyalar və təzyiqlər həyata keçirilməsi İrəvanı da yaxın perspektivdə çətinliklərlə qarşı-qarşıya qoyur. Ermənistan Gürcüstan vasitəsilə Qərblə əlaqələr saxlayır və Fransadan göndərilən silahlar bu ölkənin ərazisi ilə daşınır".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Gürcüstan və Qərb arasında münasibətlərin kəskinləşib: " Bu da Ermənistan üçün əlavə risklər yaradır. Nikol Paşinyan Gürcüstana səfərində apardığı danışıqlarda Qərbdən göndərilən mülki və hərbi yükləri ln maneəsiz keçidini gələcəkdə də davam etdirilməsini təmin etmək olub. Çünki Qərblə Gürcüstan arasında siyasi böhran Qərbdən göndərilən yüklərin Ermənistana çatdırılmasında problemlər yarana bilər".
Politoloq qeyd edib ki, Gürcüstan hakimiyyəti N. Paşinyanın Qərblə sıx əməkdaşlığından narahatdır: " Çünki Qərbdən üz döndərən rəsmi Tiflis İrəvanda yerləşən Qərb institutlarını təhdid olaraq görür. Xüsusilə Gürcüstanda "Xarici agentlər haqqında" qanun qəbul edilməsindən sonra, Qərblə əməkdaşlıq edən QHT Yerevana köçüb və buradan maliyyələşir. Gürcüstan hökuməti N. Paşinyandan İrəvanda Gürcüstan əleyhinə layihələrin maliyyələşdirilməməsini istəməsi istisna deyil. Oktyabrda parlament seçkiləri yaxınlaşdıqca, Gürcü hökuməti ölkədə Qərbin " rəngli inqilab" hazırladığını vurğulayıb".
M.Əsədullazadənin fikrincə, bu xüsusda N. Paşinyanın Gürcüstan hakimiyyəti ilə razılaşması mümkün görünmür: "Çünki, Qərbin Gürcüstanla bağlı təlimatından çıxa bilməyəcək. Bu kontekstdə yaxın perspektivdə Ermənistan və Gürcüstan arasında yeni siyasi böhran dərinləşməsi gözlənilir. Gürcüstan hökuməti Azərbaycan əleyhinə Ermənistanla əlaqələr qura bilməz. Əgər, bu baş verərsə, Qərblə siyasi böhran yaşayan Gürcüstanın Ermənistana deyil, Azərbaycana möhtacı var".
Seymur,
Sitat.info