Mənəviyyatımız və milli kimliyimiz eroziyaya uğrayır - Nə etməliyik?

17:04 19 Sentyabr 2024

Qlobal proseslər ayrı-ayrılıqda müxtəlif ölkələrin tarixi-mental təfəkkür sistemini və milli kimliyini hədəfə gətirib.

Bir müddət sonra LGTB-nin fəaliyyətinin qadağan olunması və “Xarici təsirlərin şəffaflığı” haqqında (“Xarici agentlər haqqında”) qanunun qəbulunun Azərbaycan üçün də ciddi zərurətə çevriləcəyi şübhə doğurmur.

Prezident İlham Əliyev 2024-cü il fevral ayının 14-də İnauqurasiya mərasimində və iyul ayının 20-də Şuşada keçirilən Forum zamanı milli kimliyin formalaşdırılması məsələsini, yeni ideyaların yaradılmasını, xarici təsirlərin ağır təzyiqlərinə məruz qalan Azərbaycan milli dəyərlərinin qorunması istiqamətində konseptual işlərin görülməsini əsas prioritet kimi önə çəkmişdi. Prezident nitqində deyirdi ki, Qarabağdakı Qələbəyə fokuslanmamalıyıq və bu mövzunu daim istismar etməməliyik. Dövlət başçısının çıxışı çox ciddi siqnal idi. Milli kimliyin formalaşdırılması, cəmiyyətin fiziki və mənəvi qamətinin qırılmaması üçün bundan mükəmməl tezislər ola bilməzdi.

Təəssüf ki, bu işə məsul qurumlar, təşkilatlar hələ də heç bir hazır və işlək konsepsiya ilə çıxış edə bilmirlər. Son zamanlarda nəinki LGTB-nin təbliğatı daha da güclənib, eləcə də “Svinger” dəstələr formalaşıb. Əxlaqsızlıq öz arsenalını, qollarını, əhatə dairəsini böyüdüb. Dəyərləri qoruyan milli müdafiə sistemimiz isə yoxdur, xaricdən yönələn cərəyanların və yaxud müxtəlif sosial səbəblərdən ənənəvi yaşayış tərzindən imtina edən şəxslərin əhatə dairəsi genişlənməkdədir.

Hesab edirəm ki, Azərbaycanda “Milli və dağıdıcı dəyərlər kataloqu” yaradılmalı, ölkənin fundamental sağlamlığını hədəfləyən elementlər müəyyən edilməli, inzibati (qanun) və ideoloji müstəvidə fəaliyyət planı icra olunmalıdır.

Qərb və Avropa Şurası qarşısında götürülən öhdəliklər ölkələrin mənəvi dəyərlərinin erzoziyaya uğraması ilə nəticələnib.

2011-ci ildə AŞ-ın zorakılığa qarşı prinsipləri nəzərdə tutan “İstanbul Konvensiyası” qəbul edildi, amma Konvensiyanın 4-cü maddəsinin 3-cü bəndi eyni cinslilərin nikahını və LGTB-nin hüquqlarının qorunmasını özündə ehtiva edirdi. Nəticədə gec də olsa, müqaviləyə imza atan onlarla ölkə, eləcə də Türkiyə milli dəyərlərə zidd olduğunu əsas gətirərək 2021-ci ildə bu Konvensiyadan çıxdı.

2023-cü ilin noyabr ayında Rusiyada LGTB-nin fəaliyyəti qadağan olundu.

2024-cü ilin iyun ayında Gürcüstanda “Xarici agentlər haqqında” qanun qəbul edilərkən spiker Şalva Papuaşvili bildirirdi ki, qanunun məqsədi Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərini kənar müdaxilələrə münasibətdə gücləndirməkdir. Sentyabrın 17-də Gürcüstan daha lazımlı addım ataraq LGTB təbliğatını qadağan etdi.

Artıq Azərbaycanda geylərin, homoseksualların və transgenderlərin çoxalması daha təəccüblü hal kimi qəbul edilmir. Milli stereotiplər qırılıb. Bu şəxslərin sosial şəbəkələr üzərindəki canlı yayımlarını on minlərlə insan izləyir.

Azərbaycanda LGTB-nin təbliğatı əsasən 4 platformada aparılır?

- Sosial şəbəkələrdə

- Telekanallarda (filmlər, verilişlər vasitəsilə)

- Təhsil müəssisələrində

LGTB üzvlərinin formalaşması, transgenderlərin cəmiyyətə rahat adaptasiyasında həkimlər çox ciddi rol oynayırlar.

Xüsusilə, özəl klinikalarda müxtəlif həkimlər (adlarını da qeyd edə bilərik) Qərb ölkələrində geniş vüstə alan əməliyatları ölkəmizdə icra edirlər. Rəhmətlik Yavər Camalovun ailə üzvlərinə məxsus olan və hazırda icarədə işlədilən “Buta Clinic” Azərbaycan dəyərləri ilə daban-dabana zidd olan əməliyyatların, prosedurların icra olunduğu əsas tibbi müəssisəsidir.

Azərbaycanda geylərin təbliği təkcə ənənəvi şəkildə aparılmır, həm də onların “personası” nümayiş etdirilir, həyat tərzi nümunə kimi önə əkilir, hətta yüksək vəzifələrə təyinat alırlar.

Bu gün ölkəmizdə özəl telekanalların əksəriyyətində ekranlaşdırılan serialların hər birində mütləq şəkildə gey obrazı var. Mədəniyyət proqramlarında, komediya verilişlərində hər vəchlə nümayiş etdirilən gey obrazlarına rast gəlmək mümkündür. Bir müddət əvvəl ATV telekanalına təklif olunan layihənin qəbul edilməməsinin əsas səbəbi həmin layihədə trans, gey obrazının olmaması idi. Daha sonra layihəyə gey obrazı əlavə olundu və layihə ekranlaşdırıldı.

LGTB-nin geniş yayılması cəmiyyətin, ayrı-ayrılıqda kişilərin və qadınların psixoloji portretlərini məhv edir, əks cinslərin qarşılıqlı seçim imkanlarını da sıfırlayır. Cəmiyyətdə kişi obrazı tükənir, qadınların və geylərin daha çox nümayiş olunduğu platformalar önə çəkilir.

Bir müddət əvvəl cinsini dəyişən keçmiş “Nidaçı” Elsevər Mürsəlli bir neçə çıxışı ilə ölkə gündəmini alt-üst etdi. Təbliğat daha açıq aparılır - cinsini dəyişəndə daha yaxşı yaşa bilirsən, evin, maşının, pulun və vəzifəli dostların və s. olur.

Dövlət qurumlarının transgender qalmaqalında iştirakı qəbuledilməzdir.

Hər hansı ideoloji işin, maariflənmənin milli dəyərlərimizə zidd proseslərin qarşısını alacağına da inanmıram. Paralel olaraq, inzibati resurlsar işə salınmalı, sərt qanunlar qəbul edilməlidir. Eyni zamanda, xroniki depressiyadan və sosial problemlərdən əziyyət çəkən gənclərə işıq yolu göstərilməlidir. Onların qarşısında çoxlu sayda milli və pozitiv seçimlər olmalıdır. Amma bu gün onlar yalnız neqativ yolların ayrıcında durublar, “pislər içərisində ən yaxşılarını” seçirlər - narkomaniya, gey və s.

Hesab edirəm ki, aidiyyatı dövlət qurumları vəziyyətin nə dərəcədə faciəvi həddə çatdığını bilmək üçün xüsusilə qadın psixoloqlarla söhbət etməlidirlər. Ər öz arvadını psixoloqa gətirib onu “Svinger” məclislərə hazırlayır, qrup seksual münasibətlər üçün xüsusi təlimlər keçirilir. Mənəvi dəyərlər o qədər aşınıb ki, narkotik maddələrdən istifadə iyrənc məclislərin ən sıradan və zəruri vasitəsinə çevrilib. Şəhərin ən bahalı yerlərində bu məclislərin keçirildiyini çox adam bilir.

Orta məktəb şagirdləri üçün hazırlan müxtəlif ləvazimatların üzərndə LGTB-nin yeddi qurşaqlı rəngləri yer alır. Qolunda, boynunda, bədənində döymələr, tatular olan gənc müəllimələrin sayı isə günbəgün artmaqdadır.

Azərbaycan Şərq ölkəsidir, ortaq dəyərlərə və müştərək taleyə sahib olduğumuz ölkələrin əksəriyyəti Qərb “dəyərləri”ndən imtina edib. Biz də etməliyik.

,Samir Feyruzov

Sitat.info



Xəbər xətti