"Azərbaycan Pakistandan JF17 çoxfunksiyalı və yeni nəsil qırıcılar alıb. Bir milyard dollarlıq qırıcıların alınması Azərbaycanın hərbi hava qüvvələrini kifayət qədər gücləndirəcək".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Ermənistanın Hindistan artilleriya və digər zirehli texnikalar tədarükü etməklə Azərbaycanın da öz hərbi qüvvələrini yeniləməyi və inkişaf etdirməyi zərurəti yaradır:
"Silahlanma yarışına Ermənistan başladı və tez bir zamanda çalışır ki, ordusunu yeni silahlarla təchiz etsin. Bununla da Azərbaycanla danışıqlarda yeni şərtlərlə çıxış etsin. Azərbaycan yeni nəsil qırıcılar almaqla Ermənistanı pat vəziyyətdə qoydu. Azərbaycan bundan sonra da Ermənistan və onun hamilərini təəccübləndirməyə davam edəcək. Azərbaycana qarşı kirli oyunlar davam edir".
Seymur,
Sitat.info