Prezident göstərişi: Kimlərin maaş və pensiyası artacaq?

10:24 25 Sentyabr 2024

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq, gələn ildən minimum maaş yenidən artırılacaq.

Sitat.info xəbər verir ki, bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, minimum maaşdakı gözlənilən artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə maaşlardakı artımları təmin edəcək:

“Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da minimum əmək haqqı məbləğindəki dəyişklikliyə uyğunlaşdırılaraq artırılır.

İqtisadiyyatın fərqli sahələrində çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əmək haqları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Minimum əmək haqqının gözlənilən artımı praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman maaşın minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır.

Gözlənilən artımlar həmçinin özəl sektoru da əhatə edir. Çünki gələn ilin əvvəli üçün gözlənilən minimum əmək haqqı artımları mülkiyyət növündən asılı olmayaraq, bütün sektorlarda çalışan və aşağı maaş alan işçiləri əhatə edir. Yəni, heç bir sektorda minimum əmək haqqı məbləğindan aşağı maaş ödənilə bilməz”.



Xəbər xətti