İrəvanda əks-səda doğuran Ərdoğan-Paşinyan görüşü: "Paşinyan bu kitabla şəkil çəkdirməsi..."

16:09 25 Sentyabr 2024

Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünü müsbət qiymətləndirmək olar.

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki,  Ərdoğan Paşinyanı ayağına gətirib, görüş BMT binasının yanındakı Türk Evində keçirilib: "Ərdoğanın Paşinyana təqdim etdiyi “Daha ədalətli dünya mümkündür” kitabında Türkiyənin regonal maraqları əks olunub. Paşinyan həmin kitabı oxumasa belə, həmin kitabla şəkil çəkdirməsi onun Ərdoğanın mesajını qəbul etməsi anlamına gəlir".

Politoloqun fikrincə, bu görüşdə də Türkiyə- Ermənistan münasibətlərinin Azərbaycanla sülh prosesindən asılı olduğu vurğulanıb: "Ərdoğan bu görüşdə Paşinyana bir daha anladıb ki, Ermənistan Türkiyə ilə sərhədin açılmasını və diplomatik münasibətlərin bərpasını istəyirsə, ilk növbədə Azərbaycanla sülh sazişi imzalamalı və Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir. Bu olmadan Türkiyə birtərəfli addım atmayacaq".

Nərgiz,

Sitat.info



Xəbər xətti