Xəstəxanada vurulan iynədən şoka düşüb öldü

10:29 14 Noyabr 2024

Zaqatalada 37 yaşlı kişi qəfil vəfat edib.

Sitat.info xəbər verir ki, rayonun Muxax kənd sakini 1987-ci il təvəllüdlü Ramazanov Rəfael Məhəmməd oğlu Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Xəstəxanada iynə vurulan R.Ramazanov anafilaktik şok nəticəsində ölüb.

Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.



Xəbər xətti