Motosiklet və moped sürücülərinə XƏBƏRDARLIQ - Yol polisi...

10:51 7 Dekabr 2024

Hazırda ölkənin avtomobil yollarında motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrinin sayı sürətlə armaqdadır. Lakin, təəssüf ki, qeyd olunan mexaniki nəqliyyat vasitələrinin sürücüləri arasında yol hərəkəti qaydalarına yanaşma birmənalı deyil.

Baş Dövlət Yol Polisi İdarəsindən "Sitat.info"ya verilən məlumata görə, son on beş gün ərzində Neftçala, Şəki, Zaqatala, Kürdəmir rayonları ərazisində motosiklet və moped sürücülərinin iştirakı ilə qeydə alınan 5 yol qəzasında 4 nəfərin həyatını itirib, 3 nəfərin xəsarət alıb.

Bununla yanaşı, cari ilin 11 ayı ərzində respublika üzrə bu tip nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş 46 yol-nəqliyyat hadisəsində 16 nəfər həyatını itirib, 34 nəfər xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə, küləkli, yağmurlu havalarda xüsusilə ehtiyatlı olmağa, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükə atmamağa çağırır!

Sitat.info



Xəbər xətti