"Qərbin Vardanyandan Mandela “düzətlmək” təşəbbüslərini əngəlləməliyik" - Politoloq

12:59 18 Yanvar 2025

"Erməni lobbisi ilə əlbir olan müxtəlif mərkəzlər Bakıda başlayan məhkəmədə bütün diqqətləri Ruben Vardanyana yönəldəcəklər. Araik Arutunyan, Arkadi Qukasyan və digərlərindən çox Vardanyana dəstəyi artırmağa çalışacaqlar. Bu işdə Vardanyanın pullarından və əlaqələrindən istifadə ediləcək".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, ABŞ, Fransa, Niderland və digər ölkələrdə Vardanyanın azad olunması məqsədilə müxtəlif kampaniyalar həyata keçirməyə çalışacaqlar: "Vardanyanın oğlunu müxtəlif televiziya kanallarına çıxaracaqlar, məqalələr yayımlayacaqlar. Bunlara seyrçi qalmamalıyıq. Həmin mərkəzlərin Azərbaycana qarşı növbəti həmlələrinə qarşı ev tapşırıqlarımız olmalıdır".

Politoloq hesab edir ki, Qərb ölkələrindəki səfirliklərimiz səfərbər olmalı, yerli media ilə əlaqələri genişləndirməli, separatizmin iç üzünü açan məqalələrin yayılmlanmasını təşkil etməlidirlər: "Ruben Vardanyandan Nelson Mandela “düzətlmək” təşəbbüslərini əngəlləməyə çalışmalıyıq. Bu sıradan məhkəmə deyil, kəndləri dağılan, ailələrini itirən, valideynləri soyqırıma məruz qalan soydaşlarımızın şahid ifadələrinin dünyanın aparıcı media kanallarında və nəşrlərində yayınlanmasına nail olmalıyıq". 

Nigar,

Sitat.info 



Xəbər xətti