Sitat.info Axşam.az-a istinadla "İftar menyusu" təqdim edir.
Düyülü qatıq şorbası
Ərzaqlar:
2 litr su
6 xörək qaşığı düyü
1 yemək qaşığı un
1 ədəd yumurta
1.5 su şüşəsi qatıq
2 çay qaşığı duz
Üzəri üçün:
2 xörək qaşığı kərə yağı
1 çay qaşığı qurudulmuş nanə
Hazırlanması:
Orta ölçülü qazana su tökün. İçinə düyü əlavə edin. Düyü yumşalana qədər aşağı istilikdə bişirin. Qatıq, yumurta və unu bir qaba tökün. Yaxşı çırpın və unun içində topaqlar əmələ gəlməməsinə çalışın. Ocaqda bişmiş düyüdən bir çömçə su götürüb qatıq qarışığına tökün və qarışdırın. Qatıqlı qarışığı qarışdıra-qarışdıra düyüyə tökün. Qaynadın. Kənarda kərə yağını isitin və üzərinə nanə qurusu tökün. Süfrəyə verərəkən şorbanın üzərinə bu qarışıqdan əlavə edin.
Qazanda asan keks
Ərzaqlar:
3 ədəd yumurta
1 stəkan şəkər
1 stəkan yağ
1 stəkan süd
2 stəkan un
3 xörək qaşığı kakao
1 paket vanilin
1 paket qabartma tozu
Üst üçün:
70 qram ağ şokolad
70 qram südlü qara şokolad
Hazırlanması:
Böyük bir qarışdırıcı qabda yumurta və şəkəri qarışdırın. Şəkər yumurtanın içində həll olunandam sonra yağı və südü əlavə edib yenidən qarışdırın. Un, kakao, qabartma tozu və vanili ələkdən keçirib qarışığa əlavə edin. Hazırladığınız keks qarışığını yağlanmış tort qəlibinizə tökün.
Keksi bişirəcəyiniz qabın sığacağı qazana su tökün və otun üstünə qoyun. Tort qabını qazana yerləşdirin, təmiz bir parça ilə örtün, qapağı bağlayın və 45 dəqiqə qazın üstündə bişirin. 45 dəqiqədən sonra keksinizi diş çubuğu ilə yoxlayın. Əgər bişməyibsə, nəzarət altında bişirməyə davam edin. Tortunuz bişdikdən sonra üzərinə ərinmiş şokoladı tökün.
Mantı şorbası
Ərzaqlar:
Xəmiri üçün:
3-3,5 stəkan un
1 yumurta
1 stəkan su
1 çay qaşığı duz
İç üçün:
300 qram qiymə
1 soğan
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
Bişirmək:
1 stəkan qaynadılmış noxud
1 orta boy soğan
2 diş sarımsaq
1 xörək qaşığı tomat pastası
3 xörək qaşığı yağ
4 stəkan su
1 çay qaşığı duz
1 çay qaşığı quru nanə
1 çay qaşığı qara bibər
1 çay qaşığı çili bibəri
Hazırlanması:
Xəmir üçün sudan başqa bütün ərzaqları bir qaba qoyun. Az-az su əlavə edib yoğurun. Əlinizə yapışmayan bir xəmir alın. İçi üçün soğanı rəndələyin, duz, istiot və əti atıb qarışdırın. Xəmiri iki hissəyə ayırıb, yayıb,, kəsib, içərisinə ət qoyub, balaca düşbərə formasında formalar hazırlayın. Kənarda qazanda soğan və sarımsağı yağda qovurun. Sonra tomat pastasını əlavə edib qovurun. Qaynar su əlavə edib qaynamağa buraxın. Qaynayanda içərisinə mantıları tökün. Sonda duz və istiot əlavə edin. Süfrəyə verərkən üzərinə nanə qurusu əlavə edin.