İranda edamların sayı 75 faiz artıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, 2025-ci ilin əvvəlindən bu vaxta qədər İran həbsxanalarında 381 nəfər edam olunub. Bildirilib ki, təkcə aprel ayında ölkə zindanlarında ən azı 110 nəfər dar ağacından asılıb.
Məlumata görə, ilin ilk dörd ayı ərzində 11-i qadın olmaqla azı 343 nəfərin ölüm hökmü həyata keçirilib.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk dörd ayında ölkədə edam göstəricisi 75 faiz artıb.
2024-cü ildə bu rəqəm 195 nəfər olub. Ölümə məhkum edilmiş və edam cəzasının icrasını gözləyən məhbusların sayının 5 min olduğu təxmin edilir.