Bakıda əlində bıçaqla avtobusa daxil olan qadın digər sərnişinləri hədələyib.
Sitat.info xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Qadının bu hərəkəti sərnişinlər arasında narahatlıq yaradıb.
***
Bakıda ictimai nəqliyyatda kəsici alətlə (bıçaq) qeyri-adekvat hərəkətlər edən qadın saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.
Qeyd olunub ki, Bakıda ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.