Tovuzda 66 yaşlı kişi çaya düşərək ölüb

22:14 2 İyun 2025

Tovuzda 66 yaşlı kişi çaya düşərək ölüb.

Sitat.info xəbər verir, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

1959-cu il təvəllüdlü Ə.Ələkbərov sahədə suvarma işi görmək istəyən zaman anidən halı pisləşib və yaxınlıqdakı çaya yıxılıb.

Köməksiz vəziyyətdə qalan zərərçəkən orada dünyasını dəyişib.

Onun dəqiq ölüm səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti