"Atılan böhtanlara qəbul etdiyimizə görə yox, ədəbimizdən susuruq" - Ərdoğan

15:58 1 Aprel 2026

Ətrafımız atəş halqasına çevrilmişkən və sərhədlərimiz tərəfdə raketlər, dronlar uçarkən diqqətimizi yayındıran bütün siyasi müzakirələrdən uzaq durduq.

Stat.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan deyib.

“Atılan böhtanlara qəbul etdiyimizə görə yox, ədəbimizdən susuruq.

Biz Türkiyəni qlobal gücə çevirməyi düşünürük. Dərdimiz axan qanı dayandırmaq, çətin günündə məzlumlara əl uzatmaqdır. Çox böyük məsuliyyətlərimiz var.

Bizim ölkəni bölgədəki yanğından qorumaq kimi bir vəzifəmiz var. Məqsədlərimizlə aramıza kiminsə girməsinə icazə verməyəcəyik”, - deyə Ərdoğan qeyd edib



Xəbər xətti