Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüş zamanı ABŞ prezidenti Donald Tramp Avropanın NATO-ya üzv dövlətlərinin ABŞ-a hərbi bazalar vermək istəməməsindən son dərəcə qıcıqlandığını bildirib.
Sitat.info xəbər verir ki, bu barədə "The Financial Times" qəzetinin özəl mənbələrə istinadən məlumat verir.
Qəzetin məlumatına görə, ABŞ lideri "müharibəni kifayət qədər dəstəkləməyən Avropa dövlətlərini cəzalandırmaqla hədələyib, lakin görüşdə konkret hansı cəza tədbirləri olacağını açıqlamayıb".
"The Financial Times" həmçinin qeyd edib ki, ABŞ lideri hərbi bazaların istifadəsini əngəllədiyinə və ya hava məkanını bağladığına görə Avropa paytaxtlarını tənqid edib və bəzi NATO ölkələrini "lazım olanda orada olmamaqda" günahlandırıb.
Bu yaxınlarda Tramp Böyük Britaniya da daxil olmaqla, Avropa müttəfiqlərini İrana qarşı müharibəyə qoşulmaqdan imtina etdiklərinə görə kəskin tənqid edib. Bütün AB ölkələri ABŞ ilə birlikdə İrana qarşı hərbi əməliyyatlarda iştirak etməkdən imtina ediblər. Buna cavab olaraq ABŞ lideri Avropa müttəfiqlərini qorxaq adlandırıb və bunu "yadda saxlayacağına" söz verib. O, həmçinin NATO-nu tənqid edərək, alyansı "kağız pələng" adlandırıb. 1 apreldə Reuters agentliyinə verdiyi müsahibədə Tramp NATO-ya baxışının mənfi olduğunu və ABŞ-ın alyansdan çıxma ehtimalını nəzərdən keçirdiyini bildirib.
Tehran,
Sitat.info