"İranı bu danışıqlarda xoş niyyətlə iştirak etməyə təşviq edirəm. İran xarici işlər nazirinə çatdırdığım sözləri budur".
Sitat.info xəbər verir ki, bu sözləri İspaniyanın xarici işlər naziri Xose Manuel Albares sabah baş tutacaq danışıqlarla bağlı jurnalistlərin suallarını cavablandırarkən deyıb.
O bildirib ki, çərşənbə günü də danışarkən iranlı həmkarı Abbas Araqçidən "bütün raket və pilotsuz təyyarə atışlarını" dayandırmasını istəyib. Albares İsraili Livana davam edən hücumlarına görə bir daha qınayıb.
"Livan bəşəriyyətin vicdanı üçün rüsvayçılıqdır. İsrail tərəfindən zorakılıq səviyyəsi, beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn pozulması qəbuledilməzdir", - Albares bildirib.
İsrail isə İranın dəstəklədiyi silahlı qrup olan Hizbullahı hədəf aldıqlarını bildirir.