Netanyahunun yuxusu ərşə çəkildi - Trampın Ankara üçün F -35 açıqlamasından narahatdır...

10:31 10 İyul 2026

 İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfəri çərçivəsində Prezident Donald Trampla keçirdiyi görüşdə Türkiyənin F-35 qırıcılarına çıxışı məsələsini də gündəmə gətirib.

Sitat.info xəbər verir ki, İsrail Baş nazirinin Ofisinin yaydığı məlumata görə, telefon danışığında Netanyahu, ABŞ Prezidenti Donald Trampın Türkiyənin F-35 proqramına qayıda biləcəyi ilə bağlı müsbət açıqlamalarına dolayısı ilə münasibət bildirib. İsrail ordusunun məzun buraxılışı mərasimində çıxış edən baş nazir bildirib ki, "İsrailin hava üstünlüyünün qorunması milli təhlükəsizlik doktrinamızın əsas sütunudur."

O, Trampın adını çəkməsə də, çıxışında İsrailin Yaxın Şərqdə hərbi hava üstünlüyünü qorumaqda qərarlı olduğunu vurğulayaraq Türkiyənin F-35-lərə çıxışı ilə bağlı mümkün dəyişikliklərdən narahatlığını dolayı yolla ifadə edib.

Netanyahunun bu açıqlaması İsrailin uzun illərdir ABŞ-dən tələb etdiyi "Yaxın Şərqdə keyfiyyətli hərbi üstünlüyün  qorunması siyasəti ilə üst-üstə düşür. İsrail hesab edir ki, regionda F-35 kimi beşinci nəsil qırıcıların sayının artması onun hava üstünlüyünə təsir göstərə bilər.

Türkiyə 2019-cu ildə Rusiyadan S-400 zenit-raket sistemləri aldığı üçün F-35 proqramından çıxarılmışdı. Son dövrdə Vaşinqton-Ankara münasibətlərində yumşalma fonunda Türkiyənin proqrama qayıtması ilə bağlı müxtəlif ehtimallar müzakirə edilir. Netanyahu isə dolayısı ilə İsrailin belə bir addıma ehtiyatla yanaşdığını nümayiş etdirib.

Bununla yanaşı, hazırda ABŞ tərəfindən Türkiyənin F-35 proqramına bərpa olunması barədə rəsmi qərar açıqlanmayıb. Netanyahunun açıqlaması daha çox İsrailin təhlükəsizlik prioritetlərini və Vaşinqtona ünvanlanan siyasi mesajı kimi qiymətləndirilir.

Seymur,

Sitat.info



Xəbər xətti