İsrail hakimiyyəti ABŞ Prezidenti Donald Trampa qarşı İranda guya sui-qəsd hazırlandığını göstərən kəşfiyyat məlumatlarını Vaşinqtona təqdim edib.
Sitat.info xəbəır verir ki, bu barədə mənbələrə istinadən The Wall Street Journal (WSJ) qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, bu məlumat ABŞ-nin İrana münasibətdə mövqeyinin daha da sərtləşməsinə və iki ölkə arasında gərginliyin artmasına səbəb ola bilər. Bildirilir ki, İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinin tərəfdarıdır. Donald Tramp isə son vaxtlara qədər mümkün eskalasiyanın iqtisadi nəticələrindən ehtiyat edərək, problemin diplomatik yolla həllini dəstəkləyirdi.
ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hava zərbələri nəticəsində İranın ali rəhbəri Əli Xamenei də daxil olmaqla bir sıra şəxslərin öldüyü bildirilir.
İyunda Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Daha sonra İsveçrənin Bürgenştok şəhərində Doha və İslamabadın vasitəçiliyi ilə ABŞ və İran arasında memorandumun icrasına dair danışıqlar keçirilib. Qətər və Pakistanın birgə bəyanatında ilk görüşün müsbət və konstruktiv atmosferdə keçdiyi, gələcək texniki məsləhətləşmələr üçün zəmin yaradıldığı qeyd olunub.
Bununla belə, iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmaların şərtlərini pozmaqda ittiham edərək ölkəyə qarşı genişmiqyaslı hava zərbələrini bərpa edib.
Nigar,
Sitat.info