Putinə nə məsləhət görərdiniz? Ukraynalı jurnalistdən İlham Əliyevə sual (VİDEO)

11:19 13 İyul 2026

"Siz ötən il bu forumda Ukrayna xalqına tövsiyə etmişdiniz ki, işğalla barışmayaq. Bu 1 il ərazində çox şey dəyişdi. Artıq Ukrayna dronları Rusiyanın müztəlif ərazilərinə zərbələr endirir. Moskva, Sank-Peterburq və digər şəhərlərə. Bu gün dünyanın ən zəngin neft-qaz ölkəsində yanacaq üçün növbələr yaranıb. Hazırki yeni vəziyyətdə Ukraynaya nə məsləhət görə bilərsiniz? Və Putinə nə məsləhət görərdiniz? Zənnimcə onun heç bir yaxşı çıxış yolu yoxdur. 

Sitat.info xəbər verir ki, bu sualı IV Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalist Prezident İlham Əliyevə sual verərkən səsləndirib. 

Prezident İlham Əliyevin cavabı isə belə olub: "Ötən il Ukraynaya verdiyim tövsiyəni bu gün yenə də təsdiqləyirəm: münaqişə ilə razılaşmayın. Onlar da məhz bunu edir. Düzdür, illər ərzində çətin dövrlər olub, biz bunun şahidi olmuşuq. Bilirik ki, əməliyyatların dayandırılması üçün müəyyən dairələrin təzyiqi olub, işğalın möhkəmləndirilməsi ilə bağlı təkliflər verilib, təbii ki, Ukrayna xalqı və hökuməti buna razı olmadı". 

Daha ətraflı təqdim etdiyimiz videodan izləyin. 

Sitat.info

@sitat.info “Putinə nə məsləhət görərdiniz?” - Ukraynalı jurnalistdən İlham Əliyevə sual #şuşa #qlobal #susa #ilhamaliyev #prezident ♬ orijinal səs - Sitat.info xəbər portalı



Xəbər xətti