Arı sancması 29 yaşlı gəncin həyatına son qoydu

11:44 27 İyul 2026

Türkiyənin Tekirdağ vilayətinin Saray bölgəsində arı sancan 29 yaşlı Melih Ertekin müalicə aldığı xəstəxanada həyatını itirib.

Sitat.info xəbər verir ki, qəssab və restoran sahibi olan Melih Ertekin iki gün əvvəl Güngörməz məhəlləsindəki tövləsində heyvanlarına qulluq edərkən boyun nahiyəsindən arı sancıb.

Vəziyyəti qəfil pisləşən Ertekin əvvəlcə Saray Dövlət Xəstəxanasına çatdırılıb. Bir gün sonra səhhəti ağırlaşdığı üçün Çerkezköy Dövlət Xəstəxanasına köçürülüb.

Reanimasiya şöbəsində müalicə alan gənc həkimlərin bütün səylərinə baxmayaraq bu gün vəfat edib.

Nigar,

Sitat.info



Xəbər xətti