Neft Fondu qazandığından artıq xərcləyir..yeyib-bitirir"
Bu sözləri iqtisadçı ekspert, Real partiyasının sədr müavini Natiq Cəfərli özünün feybuk hesabında yazıb.
O, Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında" qanunu müzakirə edib:
"2022-ci.il Neft Fondunun Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin gəlirləri 10 milyard 589 milyon 701,9 min manat, xərcləri isə 12 milyard 789 milyon 674,6 min manat məbləğində təsdiq edildi.
Artıq bir neçə ildir ki, Neft Fondu qazandığından artıq xərcləyir, bu o deməkdir ki, gələcək nəsillər üçün "təhlükəsizlik yastığı" rolu oynamalı olan Neft Fondunu bizim nəsl, hökumətin bacarıqsızlığına və buna bizim nəslin göz yumduğuna görə yeyib-bitirir.
Bizim nəsl öz üzərinə düşən məsuliyyəti hiss etmir, normal sistem qurmaq istəmir, nəticədə gələcək nəsillərin şansını da əllərindən alıb "yeyirik"..."
Sitat.info