Bakıda bu marşrut xətti bağlanır

16:56 3 Sentyabr 2022

Sentyabrın 5-dən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə (NMM) Mərdəkan çimərliyini (Şüvəlan – Buzovna yolu) əlaqələndirən M10 nömrəli mövsümi marşrut xəttinin fəaliyyəti dayandırılacaq.

Bu barədə Sitat.info-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Agentliyin müvafiq tapşırığına əsasən bu xətt üzrə istismarda olan avtobuslar Bakı Bus MMC-yə həvalə edilən digər xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək.



Xəbər xətti