AZAL-a yeni mətbuat katibi təyin edildi

12:08 12 Sentyabr 2022

Nərmin Xəlilova Azərbaycan Hava Yolları QSC-də İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi vəzifəsinə təyin olunub.

Sitat.info xəbər verir ki, bu barədə QSC məlumat yayıb.

Qeyd edək ki, N. Xəlilova Azərbaycanın KİV-ində böyük təcrübəyə malikdir, uzun müddət televiziyada çalışıb.

Xatırladaq ki, İctimaiyyətlə əlaqələr xidmətinə Paşa Kəsəmənski rəhbərlik edir.



Xəbər xətti