Sentyabrın 18-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Sitat.info”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 25-29° isti. Bakıda gecə 21-23° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz. Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 30-35° isti,
dağlarda gecə 5-9° isti, gündüz 12-17° isti olacaq.