Taksi sürücüləri buna görə ödəniş edəcək

19:50 20 Sentyabr 2022

Azərbaycanda taksi sürücüləri 12 manat icbari tibbi sığorta haqqı ödəyəcəklər.

SİTAT.İNFO xəbər verir ki, bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi parlamentin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Dəyişiklik layihəsi Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il tarixli qanuna uyğun hazırlanıb.

Dəyişiklik layihəsində Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslərin (mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər) icbari tibbi sığorta ilə əhatə olunması nəzərdə tutulub.

Sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının (300 manat) 4%-i miqdarında (12 manat) məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər.



Xəbər xətti