Tarixin vicdanı heç vaxt zalımın tərəfində olmayıb - Türkiyədə Fələstinlə bağlı toplantı baş tutdu

15:42 15 Noyabr 2023

Prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan İstanbulda bir çox ölkədən dövlət və hökumət başçılarının həyat yoldaşlarının, xüsusi nümayəndələrin qatıldığı “Fələstin üçün tək  ürək” mövzusundakı sammitə ev sahibliyi edib.

Sitat.info xəbər verir ki, Türkiyənin birinci xanımı Ərdoğanın himayəsi ilə Prezidentin Dolmabahçe Ofisində keçirilən görüşdə Qətər, Malayziya və Özbəkistan da daxil olmaqla dünyanın bir çox ölkəsinin dövlət və hökumət başçılarının xanımları və xüsusi nümayəndələri iştirak ediblər.

Əminə Ərdoğan bildirib ki,  heç bir ideologiya günahsız insanların həyatından dəyərli deyil: "Tarixin vicdanı heç vaxt zalımın tərəfində olmayıb. Siz yaxın keçmişdə yəhudiləri məhv etmək istəyən eyni zülmlə yadda qalacaqsınız. Heç bir ideologiya günahsız insanların həyatından dəyərli deyil. Yerin üstü cəhənnəmə, yeraltı isə uşaq şəhərciyinə çevrildi. Bu cür dağıntılarda kim özünü təhlükəsiz hiss edə bilər?Bu gün bu zülmü edənlər bilsinlər ki, onların adları Fironun yanında çəkiləcək. Qəddarlıqda eyni yerdə xatırlanacaqlar. Bu vəhşiliyi dayandırmaq üçün nə gözləyirsiniz?
Biz heç vaxt bu qaranlığa təslim olmayacağıq. Biz insanları mərhəmətlə əhatə edən qlobal anlayışı müdafiə edəcəyik. İnsanları haradan gəldiyinə görə qiymətləndirən zehniyyətin həmişə əleyhinə olacağıq".

Xanım Ərdoğan bildirib ki, gəlin bütün dünyada eyni səslə atəşkəs üçün səylərimizi birləşdirməyə çalışaq: "Fələstinin ədalətsiz işğalına son qoyulmalıdır. Qəzza uşaqlara parlaq gələcək təqdim edə biləcək şəkildə yenidən qurulmalıdır.

Məğrur,

Sitat.info

l



Xəbər xətti