Ermənistan sürətlə silahlandırılır: Bu dəfə hədəf Azərbaycan deyil...

16:26 16 Noyabr 2023

  Ermənistanın silahlanmasının bir neçə səbəbi var. O səbəblərdən birincisi, İkinci Qarabağ müharibəsində kifayət qədər hərbi sursat və texnikasını itirməsi ilə bağlıdır. Hətta bu gün nə qədər silahlansa belə, ikinci Qarabağ müharibəsində itirdiyi hərbi sursatın yerini doldura bilməyəcək. Çünki Azərbaycan nə qədər maşın, tank qənimət kimi götürdü, eləcə də həddən artıq silah, sursat ələ keçirdi. Bu baxımdan birincisi orduda boşalmış yeri doldurmağa cəhd edir".

Bu sözləri Sitat.inbfo-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib. 

O bildirib ki, digər bir məsələ Ermənistanın Rusiya və  İranla münasibətlərinin  kifayət qədər gərginləşmə istiqamətində inkişaf etməsidir: " Gələcəkdə ola bilsin hansısa bir insident ola bilər. Bu insidentlə bağlı müəyyən ehtiyat tədbirləri görülə bilər. Bu gün Ermənistanın silahlanmasını yalnız Azərbaycana qarşı silahlanmaq kimi dəyərləndirmək düzgün olmaz. Ermənistan özünü Rusiyanın hərbi müdaxiləsindən qorumaq, daxildə Rusiyanın iştirakı ilə hərbi çevrilişlərin baş verməsinin qarşısını almaq üçün bu cür  silahlanmaya gedir. Təbii ki, eyni zamanda daxili auditoriyaya hesablanmış bir şey var . Ermənistan həm də çalışır ki, yerli əhalini müəyyən mənada təskinləşdirsin, onlara doğrudan da yeni qələbə üçün lazım olan silah, texnika əldə etməsi ilə bağlı müəyyən bir təskinliklər verir. Yəni bu mənada Ermənistanın silahlanmasını dəyərləndirmək belə lazımdır".

S.Cəlaloğlu onu da vurğuladı ki, Ermənistandan iki qat artıq Azərbaycan silahlanır: " Azərbaycan hərbi potensialını, yeni qoşunlarının sayını artırıb.  Bu baxımdan Ermənistan nə qədər silahlansa belə, Azərbaycanın resurslarına bərabər resursu yoxdur. O baxımdan mən düşünmürəm ki,  Ermənistanın silahlanması bizim üçün bir təhlükədir.Biz bir şeyi müzakirə etməliyik ki,  Azərbaycan necə silahlanmalıdır, hansı silahları almalıdır? Hərbi doktrina nədən ibarət olmalıdır? Hərbi strategiya nədən ibarət olmalıdır? Yəni mənim düşündüyüm budur ki, biz bu məsələyə bu cür yanaşmalıyıq. Ermənistanın da silahlanması dediyim   səbəblərlə bağlıdır".

Partiya sədri onu da əlavə edib ki,  ermənilər revanş götürəcəkləri təqdirdə silahdan bizə qarşı da istifadə edə bilərlər: "Amma 44 günlük müharibədəki məğlubiyyətdən sonra proseslər Ermənistanı Azərbaycanla ciddi hərbi toqquşmaya gətirib çıxarmayacaq. Çünki silahın nə qədər çox olmasından asılı olmayaraq, Ermənistan ordusunda həm Qarabağ müharibəsi, həm antiseparatizm hərəkatı göstərdi ki, qətiyyən ciddi şəkildə ermənilərdə döyüş əhval ruhiyyəsi, fədakarlıq, zabitlərinin hərbi səriştəsi yoxdur. Uzun müddət ermənilərə Rusiya Müdafiə Nazirliyi tərəfindən təlimlər keçirilib. Ruslar onlara hərbi işi  belə öyrədiblər. Rusların da ikinci dünya müharibəsindən qalma hərbi döyüş qabiliyyətləri var. Yəni, Azərbaycanda NATO standartlarına uyğun, Türkiyənin bilavasitə yaxından iştirakı və köməyi ilə Orduya təlimlər keçirilir. Bu da bizim Ermənistanla bağlı daha ciddi bir üstünlüyümüz hesab olunmalıdır. Çünki NATO dünyanın ən son nailiyyətləri əsasında öz hərbi gücünü formalaşdırıb, yeni hərbi doktrinaları işləyib. Digər tərəfdən, Azərbaycan özü də 44 günlük müharibədə yeni , beşinci nəsil müharibə nümunəsi ortalığa qoydu. Hansı ki, Avropa və NATO da Azərbaycanın təcrübəsindən istifadə etməyi açıq şəkildə etiraf etdilər ki, biz beşinci nəsil müharibə aparmaq baxımındanAzərbaycanın hərbi təcrübəsindən istifadə etməliyik,  . Ona görə mən düşünürəm ki, Ermənistanın nə qədər silahı olur olsun, nə qədər əsgəri olsun, Azərbaycan Ordusunun hazırlığı ilə ,  döyüş qabiliyyəti ilə müqayisədə ermənilər heç vaxt cəsarət edib bizə qarşı hər hansı bir addım ata bilməz.

Nərgiz Liftiyeva,

Sitat.info



Xəbər xətti