İrəvan "mühacir Qarabağ hökumətinin" yaradılmasından niyə qorxur?

21:07 16 Noyabr 2023

"Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərin suallarına cavab verərkən deyib ki, Qarabağ separatçılarına Ermənistanda hər hansı bir “dövlət institutu” yaratmağa imkan verilməməlidir. Onun sözlərinə görə, İrəvanın separatçıların hansısa təşkilatını maliyyələşdirmək planı yoxdur".

Sitat.info-ya açıqlamasında bu məlumatı qeyd edən politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu əlavə edib ki, bu İrəvan üçün təhdid sayılır: "Spiker Qarabağla bağlı hər hansı institutların yaradılması cəhdini Ermənistanın təhlükəsizliyinə təhdid və zərbə sayır. Haqlıdır. Alen Simonyan bunu ona görə deyib ki, Qarabağ separatçıları Ermənistan ərazisində fəaliyyətlərini davam etdirərlərsə, “mühacir hökumət” və “mühacir parlamenti” formalaşdırarlarsa, bu Ermənistana baha başa gələcək, buna cavab olaraq Azərbaycan ərazisində də Qərbi azərbaycanlıların mühacir hökuməti və mühacir parlamenti formalaşacaq. Ermənistan hökumətinin ən çox qorxduğu Azərbaycanda Qərbi Zəngəzur mövzusunun müzakirə edilməsidir. Alen Simonyanın açıqlamasının ardınca, İrəvanda Qarabağ separatçılarının “nümayəndəliyi” də ləğv edilməlidir".

Məğrur, 

Sitat.info



Xəbər xətti