Zelenskidən Qərbə ciddi mesaj: "Kreml sizin projenizi bitirir!"

19:15 17 Noyabr 2023

“Rusiyanın xüsusi xidmət orqanları Ukraynada dövlət çevrilişi təşkil etmək istəyir”.

Sitat.info “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Qərb jurnalistləri ilə söhbətində deyib. 

Onun sözlərinə görə, Moskva Ukrayna cəmiyyəti daxilində xaos yaratmaq, bunun da nəticəsində ölkədə prezidentin dəyişdirilməsinə nail olmaq istəyir.

Məsələ ilə bağlı Sitat.info-ya danışan VHP-nin sədr müavini Nəsimi Şərəfxanlı bildirdi ki, Zelenskinin bu sözlərini, indiki şəraitdə, müharibədə hərbi sursat və güc baxımından gerilədiyi şəraitində ortada ciddi uğurlar, olmadığı bir şəraitdə ictimai rəyə oynamaq kimi də qəbul etmək olar. Amma mən demirəm ki, bu tamamilə dezinformasiyadır. Ola bilsin ki, Zelinskinin əlində müəyyən kəşfiyyat məlumatları var. Çünki bu, Rusiyanın stilinə uyğun bir məsələdir".

N.Şərəfxanlı bildirdi ki, Rusiya öz maraqlarını həyata keçirmək üçün dövlət çevrilişləri  edə bilər: "Kreml guya xalq hərəkatları nəticəsində hökuməti devirib özünə uyğun oyuncaq hökumət formalaşdırmağı dəfələrlə sınaqdan keçirib. Xüsusi vurğulamaq istəyirəm ki, məncə Zelenskinin burada bu hadisəni Maydan kimi ifadə etməsi Qərbə bir siqnaldır ki, Rusiya Qərbin projesini  bitirə bilər. Yəni, mən tarixdə adımı qoydum, onsuz da gedəcəm.  Bəlkə də Zelenski bunun fərqində deyil. Amma hər halda ilkin olaraq o görüntü yaranır ki, q  sizin maydanınızı Rusiya batırıb, Ukraynada öz maydanı yaradara bilər".

Nərgiz,

 Sitat.info



Xəbər xətti