Azərbaycana qarşı xain plan: Ermənistan qayıtmaq istəyən ermənilərin qarşısını kəsir

15:30 20 Noyabr 2023

"Qarabağda yaşayan ermənilərin bu əraziləri tərk etməsi ilə bağlı Azərbaycan tərəfindən hansısa bir addım atılmayıb. Azərbaycan dəfələrlə bu məsələ ilə bağlı öz mövqeyini bildirib. Cənab Prezident də bir neçə dəfə bu məsələyə toxunub.  Söhbət ondan gedir ki, bu prosesi Ermənistan özü təşkil elədi. Azərbaycanı günahlandırmaq üçün ki,  guya Azərbaycan Qarabağda etnik təmizləmə həyata keçirir, yəni buradakı erməniləri çıxarır və ya qətlə yetirir. Halbuki biz hər zaman qeyd etdiyimiz kimi, bu, məqsədli bir siyasət idi və bunu Azərbaycana qarşı çevirməyə çalışırlar".

Bu sözləri deputat Ceyhun Məmmədov Qərbin Azərbaycana qarşı təzyiqlərini dəyərləndirərkən deyib.

Deputatın sözlərinə görə, bu gün bu çıxarılan qərar da onu göstərir ki, elə həmin istiqamətdə iş gedir: "Bu Ermənistan tərəfindən irəli sürülən bir tezisdir. Yəni bu gün xaricdə geniş təbliğ olunan tezis odur ki, guya Azərbaycan Qarabağda etnik təmizləmə həyata keçirir və ermənilərin geri qayıtmasına mane olur. Amma reallıq ondan ibarətdir ki, Azərbaycan hökuməti bir sayt yaratmışdı və həmin sayt vasitəsilə ermənilər müraciət edərək Azərbaycana qayıda bilərdilər. İndi beynəlxalq təşkilatlar qərar çıxarsınlar və sual versinlər ki, niyə Ermənistan hökuməti həmin saytı bloklayıb? Nə üçün ona imkan vermirlər ki, qayıtmaq istəyən ermənilər müraciət edib qayıtsınlar. O sayta Ermənistan ərazisinə girmək mümkün deyil". 

Ermənilərin mülkləri məsələsinə gəlincə, deputat bildirdi ki, bununla bağlı Prezidentin çox konkret mövqeyi var: "Bütün evlər, bütün obyektlər ən yüksək səviyyədə qorunur. Yəni, bu prosesdə mane olan Ermənistan tərəfi özüdür. Ermənistan imkan vermir ki, həmin insanların qayıtması ilə bağlı hansısa bir addım atılsın. Eyni zamanda Azərbaycana qarşı da bu addımların atılması davam etdirilir. Bu gün Azərbaycana qarşı insan hüquqları və azadlıqları ilə  getdikcə təzyiqlərin artırılması məsələsi özünü göstərəcək. Guya biz ermənilərə qarşı hansısa bir addım atmışıq. Hazırkı mərhələdə proses ona gedir. Amma reallıq tamamilə fərqlidir". 

Nərgiz,

Sitat.info



Xəbər xətti