Qərbin Azərbaycana qarşı qərəzli siyasəti: Erməni havadarları prosesləri necə düyünə çevirir...

18:05 20 Noyabr 2023

Beynəlxalq Ədalət Məhkəməsi noyabrın 17-si İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi ilə bağlı Ermənistanın Azərbaycana qarşı iş üzrə müvəqqəti tədbirlər barədə qərarını elan edib.
Ermənilərin qaldırdıqları məsələləri dərhal gündəmə gətirib qərar verən, Azərbaycanın müraciətlərini isə görməzdən gələn bu beynəlxalq ədalətsizlik sistemini dəyərləndirən politoloq Qabil Hüseynli Sitat.info-ya açıqlamasında bildirdi ki, bu bir daha xristian təəssübkeşliyinin, xristian missionerliyinin əyani surətidir:

"Bəli, 1828-ci  il sülh müqaviləsindən sonra Qərbi Azərbaycan torpaqlarından çıxarılan deport edilən, özü də zorla çıxarılan və bu zaman xeyli insan itkisi ilə müşayiət olunan bu cür deportasiyaların sayı beşdən az deyil. Bu beş deportasiya zamanı Qərbi Azərbaycan torpaqlarından çıxarılan insanların sayı ümumilikdə 2 milyon nəfərə yaxındır. Siz deyəcəksiniz o 2 milyon nəfər hara gedib? Onların nəfərin böyük bir hissəsi İğdır vilayətinə gedib, başqa bir hissəsi Güney Azərbaycan hissəsinə gedib, bir milyondan çox azərbaycanlı isə Azərbaycana gəlib. İndi Qərbi Azərbaycan icması bunun davasını aparır.

Q.Hüseynli bildirdi ki, bu dava ləyaqətli surətdə bu insanların həmin torpaqlara qaytarılması və orada onların ləyaqətli həyat tərzinin təmin edilməsi məsələsidir: "Bununla bağlı Beynəlxalq Haqqa Məhkəməsinə də müraciət edildi və məni təəccübləndirən odur ki, bizim müraciətimizə baxılmadı: "Bizim Qərbi Azərbaycan icması ermənilərdən bir xeyli qabaq Haqqa Məhkəməsinə müraciət etmişdi, bizimkilərin müraciətinə hələ baxılmayıb. Amma 90 min nəfərlik könüllü şəkildə evlərini tərk edən ermənilərin Ermənistan hökuməti tərəfindən təşkil edilən siyasətinə dərhal baxılır, onlara reaksiya verilir. Bütün bunlar onu göstərir ki, ikili standartlar qalır".

Politoloqun sözlərinə görə, Azərbaycana qarşı birtərəfli, özü də qəsdli, kinli siyasi hücum taktikası da meydandadır: "Üstəlik də açıqca ermənipərəst siyasət hər addımda özünü göstərməkdədir. Bu, Amerika Birləşmiş Ştatlarının siyasətində də özünü göstərir. Bu, Avropa Birliyinin siyasətində də özünü göstərir, bütün parametrlər üzrə özünü göstərir. Bu, bir daha sübut edir ki, ermənilərin Qərb dünyasında böyük havadarları, dayaqları, qəyyumları var və bu qəyyumlar prosesi daha da siyasiləşdirir, daha da həllolunmaz bir düyünə çevirməyə çalışırlar. Bu hücum taktikası, Azərbaycana qarşı böhtan kampaniyası məni əsla sarsıtmır. Mən belə hesab edirəm ki, baş verənlər tarixi hadisələrdir. Təbii, tarixi proses  öz kodu, ilə öz mahiyyəti üzrə baş vermiş bir hadisədir və buna görə də ermənilərin bizə qarşı olan hücumları, qaldırdığı ideyalar müdafiə olunsa da, son nəticədə həmin qaldırılan iddialar öz məqsədinə çatmayacaq". 

Nərgiz Liftiyeva,

Sitat.info



Xəbər xətti