ÜST Qəzzadakı Şəfa xəstəxanasında yalnız mülki şəxsləri gördüklərini, xəstəxananın HƏMAS tərəfindən hərbi qərargah kimi istifadə edildiyinə dair heç bir dəlil görmədiklərini və əsas məqsədlərinin xəstələri evakuasiya etmək olduğunu bildirib.
Sitat.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədən olan direktoru Dr. Mayk Rayan və ÜST-nin Qəzzadan olan Qlobal Fövqəladə Hallar üzrə rəsmisi Rob Holden Nyu Yorkda video konfrans vasitəsilə mətbuat konfransı keçiriblər.
Qeyd ediblər ki, Qəzzada Şəfa xəstəxanasında səhiyyə xidmətləri tamamilə dayandırılıb. İsrail ordusu Şəfa xəstəxanasının reanimasiya şöbəsini vurub. İsrail ordusunun “Həmas qərargahı” olduğunu iddia etdiyi Ş'fa xəstəxanasın;n təqdim etdiyi “dəlillər” tənqid obyekti olub.
Guardian yazır ki, İsrailin Şəfa xəstəxanasının qərargah kimi istifadə edildiyi iddiası ilə bağlı kifayət qədər dəlil yoxdur
İsrail ordusunun basqın etdiyi Şəfa xəstəxanasının həkimləri yaşadıqlarını danışıblar. "ÜST-ün mütəxəssis həkimləri bildiriblər ki, onlar yalnız mülki şəxsləri görüblər. "Əsas diqqətimiz xəstələr və həkimlər üzərində idi. Biz xəstələri xəstəxanadan çıxarmağa diqqət yetirdik. Biz yalnız mülki şəxsləri gördük", - həkim Holden deyib.
Şəfa Xəstəxanasının çox böyük olduğunu bildirən Holden deyib ki, oraya araşdırma və ya başqa bir şey qiymətləndirmək üçün getməyiblər: "Biz oraya yalnız həyatını itirmək riski olan xəstələrə dəstək olmaq üçün getdik. Bizim vəzifəmiz onları sağ-salamat çıxarmaq idi. Hər hansı dəlil görmədik".
Holden yenidən Şifa xəstəxanasına getməyi planlaşdırdıqlarını və hələ də orada həyati təhlükəsi olan xəstələrin olduğunu bildirib.
ÜST-nin Qlobal Fövqəladə Hallar üzrə Direktoru Rayan deyib ki, Qəzzada ilkin səhiyyə sisteminin vəziyyəti dəhşətlidir: " Qəzzanın şimalında vəziyyət təsəvvür etdiyinizdən də pisdir. Ölən və yaralananlarla bağlı rəqəmlərə çatmaq çətindir. Dəqiq rəqəmləri bilməsək də, onların hələ də artdığını bilirik və onların yerli səhiyyə rəsmilərinin bildirdiyi rəqəmlərdən çox daha yüksək olduğunu düşünürük".
Bir çox insanın hələ də itkin düşdüyünü qeyd edən Ryan, səhiyyə sistemi ilə yanaşı, sığınacaqlarda çox insanın olmasının da ciddi problemləri yaratdığına diqqət çəkib: "İnsanların mərkəzlərdə çox sıx yerləşdirilməsi epidemiya riskini gətirir. Qışın yaxınlaşması köçkünlərin sağlamlığında çox ciddi risklər yaradacaq.
Qeyd edək ki, ÜST sağlamlıq mərkəzlərinə edilən hücumları sənədləşdirib və bu məlumatı BMT Baş Katibinin ofisinə ötürüb. Baş katib daha sonra hücumları araşdırmaq üçün başqa təşkilatlara tapşırıq verə bilər.
Qəzza hökumətinin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ən azı 5500 uşaq və 3500 qadın daxil olmaqla 13 min insan Qəzza zolağında həlak olub.
Məğrur,
Sitat.info