İsrail və HƏMAS-ın oktyabrın 7-də başlayan müharibədə ilk dəfə olaraq müvəqqəti atəşkəs razılaşmasını elan edəcəyi gözlənilir.
Sitat.info xəbər verir ki, Beş günlük atəşkəs müddətində Həmas Qəzzaya qaçırdığı girovlardan qadın və uşaqları azad edəcək.
Bunun müqabilində İsrail həbsxanalarında saxlanılan fələstinli qadın və uşaqlar da azad olunacaqlar.
Bəs İsrail həbsxanalarında nə qədər fələstinli var?
İsrail ən azı 8 min fələstinlini həbsdə saxlayır. Onlardan 3000-dən çoxu oktyabrın 7-də başlayan müharibədən sonra İordan çayının qərb sahilində həbs edilib.
İsrail hər gün onlarla fələstinlini işğal altındakı İordan çayının qərb sahilinin şəhərlərində saxlayır. İsrail dünyada uşaqları həbsdə saxlayan və onları hərbi məhkəmələrdə mühakimə edən yeganə ölkədir.
İsrail 300 uşaq və qadını həbsxanadan azad edəcəyini açıqlayıb. Atəşkəsdə Qəzzaya yardım maşınlarının göndərilməsi və yaralıların müalicə üçün başqa ölkələrə göndərilməsi də yer alacaq.
Məğrur,
Sitat.info