Ötən gün 82,54 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 82,45 dollarla başa vurub.
Sitat.info xəbər verir ki, Brent markalı neftin bir barelinin qiyməti bu gün 0,32 faiz azalaraq 82,19 dollar olub. Eyni zamanda WTI markalı xam neftin bir barreli 77,52 dollara satılıb.
Neft qiymətlərində istiqamət axtarışları davam edir. Dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da tələbin azalması ilə bağlı məlumatlar qiymətlərə təsir göstərib.
Amerika Neft İnstitutu ölkədə xam neft ehtiyatlarının 9 milyon 47 min barrel artdığını açıqlayıb. Bazar gözləntisi ehtiyatların 1 milyon 467 min barel artacağı idi.
ABŞ Enerji İnformasiya Administrasiyasının rəsmi səhm məlumatları bu gün açıqlanacaq. Qlobal iqtisadiyyatla bağlı mənfi gözləntilər qiymətlərə təzyiq etməkdə davam edir.
Bazarların diqqəti həm də OPEC+ qrupunun bazar konyukturasını qiymətləndirmək və hasilat siyasətlərini nəzərdən keçirmək üçün bazar günü keçiriləcək iclasdadır.
İclasın ən mühüm mövzularından biri Səudiyyə Ərəbistanının iyul ayından gündəlik 1 milyon barel əlavə hasilatın azaldılması ilə bağlı qərarı olacaq.
Neft qiymətləri ötən həftə son 4 ayın ən aşağı səviyyəsinə çatdıqdan sonra, OPEC+ qrupunun qiymətləri istənilən səviyyədə saxlamaq üçün hasilatı azalda biləcəyi düşünülür. Digər tərəfdən, ekspertlər bildirirlər ki, hasilat azalsa belə, gələn il bazarlarda artıq təklif qaçılmazdır. Bildirilir ki, texniki baxımdan Brent nefti üçün 82,60-83,14 dollar arası diapazon müqavimət, 82,06-81,52 dollar arası isə dəstək zonası kimi nəzərdən keçirilə bilər.
Nərgiz,
Sitat.info